• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1353
— 16.12.2019 11:49

Birbaşa Cocuq Mərcanlıya

KepezTV Player

Cocuq Mərcanlı istiqamətində ilk dəfə olaraq marşrut açılır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin apardığı monitorinqlərin nəticəsi olaraq dekabrın 17-dən etibarən Cocuq Mərcanlı istiqamətinə Gəncə, Sumqayıt və Mingəçevirdən müntəzəm marşrut xətləri fəaliyyət göstərəcək. "Gəncə-Cocuq Mərcanlı" marşrutu üzrə avtobusların ilk yoladüşməsi sabah saat 10:30-da başlayacaq. Son dayanacaq Cocuq Mərcanlı olmaqla marşrut xətlərinin hərəkət sxemi Gəncə, Yevlax, Ağcabədi, Beyləqan, Horadiz olacaq. Gəncə-Cocuq Mərcanlı marşrutu üzrə hərəkət trayektoriyasının uzunluğu 268 km-dir. Cocuq Mərcanlı kəndində 508 nəfər sakin yaşayır.