• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1045
— 14.12.2019 16:06

Danışılmış oyunlarda iştirak edənlər cəzalandı

KepezTV Player

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda bəzi oyunların nəticəsinin əvvəlcədən razılaşdırılması məlum olub. Oyunların qumara qoyulmasında aşağı dəstəsinin 3 klubunun üzvlərinin adı çəkilir.

Birinci Divizionda çıxış edən “Turan Tovuz”, “Ağsu” və “Zirə-2” futbol klublarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiya və ekspertlər araşdırma aparıb. UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, aparılan araşdırmaya uyğun olaraq bu klubların futbolçuları, rəsmiləri və məşqçilərinin nəticəsi əvvəlcədən razılaşdırılmış oyunlarda iştirakı müəyyən olunub. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq “Turan Tovuz”un əsas komandasının 7, “Ağsu”nun 14 və “Zirə-2”nin 1 oyunçusunun futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub. Cəzalananlar arasında “Ağsu” klubunun 2 rəsmisi və məşqçisi də var. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər. Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apelyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.