• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1711
— 14.12.2019 16:08

Yeni mərkəz açıldı, imtiyazlı şəxslərə mənzillər verildi

KepezTV Player

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyiy tərəfindən Gəncədə Peşə Hazırlığı Mərkəzi istifadəyə verilib. Nazirlik tərəfindən həmçinin bir qrup şəhid ailəsi və müharibə əlillinə mənzillər təqdim olunub.

Peşə Hazırlığı Mərkzində Gəncə şəhəri və ətraf regionlardan olan işsiz və işaxtaran şəxslərin müasir əmək bazarına uyğun peşələr üzrə peşə hazırlığının təşkilini həyata keçiriləcək. İlkin mərhələdə burada 60 peşə üzrə tədris prosesi aparılacaq. İl ərzində 900 nəfər peşə hazırlığı kursu keçəcək. Əlilliyi olan şəxslərin peşə hazırlığının təşkili də mərkəzdə mümkün olacaq. İstifadəyə verilən 5 mərtəbəli binada sinif otaqları, müasir emalatxanalar, yataxqaxana, kitabxana, akt zalı və bufet fəaliyyət göstərəcək.

Gəncədə 9 şəhid ailəsi və müharibə əlilinə mənzillər də təqdim olunub. Mənzillərdən 8-i 3 otaqlı, 1 isə 1 otaqlıdır. Mənzillər püşatma yolu ilə sahiblərinə verilib. Məqsəd imtiyazlı kateqoruyadan olan vətəndaşların sosialrifah halının yaxşılaşdırılmasıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən təqdim olunan mənzillər tam təmirli və mətbəx mebeli və avadanlıqları ilə təmin olunub.