• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2245
— 14.12.2019 12:09

"Gəncə" növbəti oyununa çıxır

KepezTV Player

Basketbol üzrə kişi komandaları arasında Azərbaycan Super Liqasında 10-cu turun oyunları keçirilir. Tur çərçivəsində bu gün “Gəncə” – “Xırdalan”la qarşılaşacaq. Nizami yurdunun təmsilçisi hazırda 15 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Rəqib isə 6-cı yerdə gedir. Rizvan Səfərovun komandası qarşıdakı oyunun favoriti hesab olunur. Görüş saat 15:00-da başlayacaq.