• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1420
— 13.12.2019 19:39

Düzgün ad seçimi

KepezTV Player

Uşaq doğularkən, hətta dünyaya göz açmamışdan əvvəl valideynlər ad barəsində düşünürlər. Təbii ki, hər kəs istəyir övladına ən yaxşı adı versin, ya da yaxın ətrafındakı insanların adını yaşatsın. Lakin bəzi hallarda böyüklərin müdaxiləsi və ya başqa səbəblərdən uşaqlara gülünc adlar da qoyulur.

Ad qoymaq valideynlərin üzərinə düşən ilk və ən məsuliyyətli işdir. Çünki insan omrünün sonuna kimi onu daşıyır. Ad qoyarkən mənasına xüsusi fikir vermək lazımdır. Lakin adların mənasına fikir verilmədən də dilimizə yad sözlərdən istifadə edilməklə bu proses reallaşır.

Ad qoyulması müxtəlif dövrlərlə bağlı dəyişkən olub. Ötən əsrdə kənd təsərrüfatı sahəsindəki avadanlıqları insan adına çevirərək istifadə edirlər. Hər zaman öz aktuallığını qoruyan isə çiçək və parça adları olub.

Bu il yeni doğulan oğlan uşaqlarına ən çox qoyulan ad Yusifdir. Zəhra isə qız uşaqları arasında populyarlığını qoruyur.