• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1762
— 13.12.2019 19:51

Yüksək keyfiyyətli kompüter yığımı

KepezTV Player

İnsanların müəyyən qismində formalaşan yalnış fikirlərdən biri də ölkəmizdə istehsal edilən elektron məhsullarla bağlıdır. Xaricdən idxal edilənlərlə müqayisədə keyfiyyət göstəricisi aşağı olmayan kompüterlərin istehsalından danışacağıq bu gün. Qiymətinə görə fərqlənən məhsulların satışı nəinki respublikamızda, xarici ölkələrdə də həyata keçirilir. Əməkdaşımız Nazənin Zaman Mingəçevirdə həyata keçirilən istehsal prosesi ilə yerində tanış olub.

Müasir dövrdə texnologiyanın sürətlə inkişafı kompüter texnikasını həyatımızın ayrılmaz hissəsinə çevirib. Elektron avandanlıq xüsusilə, gələcək nəslin təhsil və inkişafında mühim rol oynayır. Mövcud vəziyyətdə ona olan təlabatın günü-gündən artması isə kompüter yığımı müəssisələrinin fəaliyyətini vacib edir. Sevindirici haldır ki, həmin müəssislərdən biri Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti statusunu alan ilk şirkət olaraq, 3 ildir kompüter yığımını həyata keçirir.

Orxan Nadirov - kompüter yığımı müəssisəsinin direktor müavini:  Yığım detallar acer şirkətindən tədarük olunur. İstehsal sahəsində yığım həyata keçirilir və test olunduqdan sonra satışa göndərilir. 2016-cı ildən həm yığım, həm də satış həyata keçiririk. O vaxtdan indiyədək istehsal olunmuş kompyuterlərin servisə müraciəti 1%-dən aşağı olub. Bazarda qiymət rəqabətinə görə aşağıdır.

Gənc kadrların üstünlük təşkil etdiyi müəssisədə hazırda, 40 nəfər işçi fəaliyyət göstərir. İş üçün müraciət edənlər müəssisə tərəfindən lazımi bilik və bacarıqlara yiyələnir, sınaq müddətini uğurlu başa vurduqdan sonra daimi işçi kimi fəaliyyətə başlayırlar. Şirkətdə ay ərzində təxminən 5 minə qədər yüksək texnologiyalı qurğu istehsal edilir.

Orxan Nadirov - kompüter yığımı müəssisəsinin direktor müavini:  Həm Azərbaycan daxilində, həm də xaricində, Mərkəzi Asiya ölkələrində satışımız həyata keçirilir. Müştərilərimiz arasında həm özəl sektor, həm də dövlət sektorunun nümayəndələri var. Məhsullarımız Qırğızıstan, Gürcüstan, Türkmənistan, Qazaxıstan və digər ölkələrə xaric olunur.

Yığılan kompüterlərin satış qiyməti modeldən asılı olaraq, 600-1500 manat aralığında dəyişir. Müəssisədə kompüterlərə ümumi sistem və həmçinin, digər lazımi proqram təminatının yazılması da həyata keçirilir. Məqsəd innovativ texnologiyalara əsaslanan istehsal prosesini qurmaq və ölkə iqtisadiyyatının inkişafına dəstək göstərməkdir.