• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3161
— 13.12.2019 19:34

Polisə qarşı odlu silahdan istifadəyə cəhd göstərən şəxs tutulub

KepezTV Player

Keçirilən daha bir əməliyyat zamanı isə polis əməkdaşlarına qarşı odlu silahdan istifadəyə cəhd göstərən şəxs tutulub.<br>Belə ki, Xətai rayonu İnqilab İsmayılov küçəsində yerləşən mağazalardan birindən  2500 manat dəyərində tütün məmulatları, danışıq kartları və ərzaq məhsulları naməlum şəxslər tərəfindən oğurlanıb. Həyata keçirilən əməliyyat nəticəsində hadisəni törədən şəxslərdən biri - Bakı şəhər sakini Kamran Səfərəliyev saxlanılıb. Müəyyən edilib ki, Səfərəliyevlə bərabər oğurluq hadisəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Sabunçu rayon sakini Elşad Məmmədov da iştirak edib. Eyni zamanda Elşad Məmmədovun daimi olaraq üzərində odlu silah gəzdirməsi barədə  məlumat daxil olduğundan xüsusi əməliyyat qrupu yaradılıb. Onun  Sabunçu rayonu ərazisində olduğu müəyyən edilib. Elşad Məmmədov saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edərək üzərində olan odlu silahı atəş vəziyyətinə gətirib və bu zaman polislərin çevikliyi sayəsində o, dərhal zərərsizləşdirilərək tutulub. Məmmədovun  üzərindən “Makarov” tipli tapança, 3 ədəd patron və sandıqça aşkar edilərək götürülüb.