• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 715
— 12.12.2019 20:10

Ahıl qadına qarşı quldurluq edilib

KepezTV Player

Paytaxtın Xətai rayonunda ahıl yaşlı qadına qarşı quldurluq edilib. Belə ki, naməlum şəxs Neapol küçəsində 90 yaşlı qadının yaşadığı mənzilə aldatma yolu ilə daxil olaraq onun boğaz nahiyyəsindən tutaraq pul verməsini tələb edib. Zərərçəkən huşunu itirib yıxıldığından həmin şəxs hadisə yerini tərk edib. Faktla bağlı Xətai Rayon Polis İdarəsinə məlumat daxil olan kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini Akif Məmiyev saxlanılıb. O, ifadəsində hadisəni tamah məqsədi ilə törətdiyini deyib.