• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2271
— 12.12.2019 20:39

"Orta məktəblərdə əlavə 800 psixoloqa ehtiyac var"

KepezTV Player

Təhsil nazirinin müavini orta məktəblərin psixoloqları və onların diaqnostik qiymətləndirilməsi barədə də danışıb. Deyib ki, ölkədə orta məktəblərdə psixoloq ixtisası üzrə 800 nəfər əlavə vakansiyaya ehtiyac var. Əlavə edib ki, psixoloqların diaqnostik qiymətləndirilməsi dekabrın sonuna qədər keçiriləcək. Prosesdə təxminən 3000-ə yaxın psixoloqun iştirakı arzuolunandır. Qeydiyyat artıq bitmək üzrədir. Nazir müavini vurğulayıb ki, ümumtəhsil məktəblərində 2 mindən artıq psixoloq fəaliyyət göstərir. Hazırki diaqnostik qiymətləndirmə onların peşəkar səviyyəsini, eyni zamanda sahə üzrə ixtisas biliklərini müəyyənləşdirmək məqsədilə keçirilir. Diaqnostik qiymətləndirmədən sonra psixoloqların əmək haqqının artımı müzakirə olunan vacib məsələlərdən olacaq.