• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1018
— 12.12.2019 20:31

Dekorativ ağaclar və gül kolları soyuqdan necə qorunmalıdır?

KepezTV Player

İran, Misir, Türkiyə və Hollandiya kimi fərqli iqlim şəraitinə malik olan ölkələrdən gətirilən dekorativ ağac və gül kolları var ki,  havalar soyuduqda bu yaşıllıqlar şaxtaya dözümsüz olur. Məhz elə bunun üçün də bu aylarda onlara xüsusi qulluq lazım gəlir. Onları soyuqdan qorumaq üçün qabaqlayıcı tədbirlər həyata keçirilir.

Rizvan Quliyev Gəncə Şəhər Yaşıllaşdırma İdarəsinin baş aqronomu: Şəhər ərazisində 20 minə yaxın dekorativ ağac kolları vardı. Bunlar finiqlərdi, siqaslardı, leylandra ağaclarıdır, müəyyən katkuslardı, kremyovski yolkalardı. Həmin bu ağacların hamısı xarici ölkələrdən gətirilənlərdi.

Gəncənin park və xiyabanlarında bu dekorativ ağac növlərindən bəziləri var ki artıq onlar yerli iqlim şəraitinə öyrənib. Havaların soyuq keçməsi onlara heç bir mənfi təsir göstərmir.  Ancaq bəzi dekorativ ağaclar da var ki, bunlar hələ də soyuğa davamsızdı. Məhz elə bunun üçün də bu ağacların soyuqda mühafizəsi labüddür və ona görə də onun mühafizəsi təmin olunmalıdır.

Rizvan Quliyev Gəncə Şəhər Yaşıllaşdırma İdarəsinin baş aqronomu: Soyuqların kəskin düşməsi ilə əlaqədar biz hazırlıq işləri aparmışıq. Adətən bu dekabr ayının 20-dən sonra həyata keçirilir. Yalnız kəskin soyuqlar düşdüyünə görə müəyyən ərazilərdə İrandan gətirilən xurma ağaclarıdı, Hollandiyadan gətirilən siqas ağaclarının mühafizəsi həyata keçirilir. Nazik taxtalardan karikaslar düzəldilir, üzərlərinə salafan çəkilərək onların soyuqdan mühafizəsi təmin olunur.

Bundan başqa istirahət güşələrini müxtəlif ölkələrdən gətirilən xüsusi gözəlliyi ilə seçilən  zərif gül növləri bəzəyir ki, bunlar da soyuqdan qorunmağı tələb edir.

Rizvan Quliyev Gəncə Şəhər Yaşıllaşdırma İdarəsinin baş aqronomu: Gül kolları var ki, xrezantima deyilən payız gülləri var ki, artıq onların biz baş hissəsini vurmuşuq. Onların kök hissələrinin müvafiq iqlimə uyğun şəraitdə yetişdirilməsi üçün istixanalara daşınıb. O cümlədən kanna deyilən çiçək var ki, onlarından soğanaqlarının normal inkişafı üçün mülayim iqlim şəraiti üçün sitixanalara köçürülüb.

İlin sonuna kimi Gəncənin park və istirahət güşələrinə 15 minə yaxın yerli ağac növləri olan şam, sərv, çinar kimi ağacların əkilməsi nəzərdə tutulur. Ümumilikdə isə  ilin əvvəlindən indiyə kimi  Gəncənin müxtəlif yerlərinə 3 mindən çox dekorativ ağac, 10 mindən çox müxtəlif növ gül kolu əkilib.