• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 915
— 12.12.2019 20:32

Nazir müavini sərhəddəki insidentdən danışdı

KepezTV Player

Xarici İşlər Nazirinin müavini Xələf Xələfov Azərbaycan-Gürcüstan sərhədində baş verən silahlı insidentlə bağlı açıqlama verib. Nazir müavini hadisənin təxribat xarakterli olmadığını deyib.Dekabrın 6-da Şəmkir sərhəd dəstəsinin “Cey­rançöl” adlanan ərazinin yaxınlığındakı sərhəd zastavasının xid­məti ərazisində 1 nəfər çobanın qoyun sürüsü ilə Azərbaycan ərazisinə keçməsi müşahidə olunub. Sərhəd naryadı tərəfindən qoyun sürüsü ərazidən çıxarılarkən sürünü qoruyan 10-a qədər it sərhəd naryadına hücum edib. Havaya xəbərdarlıq atəşi açılıb, nəticə olmadığına görə itlərə qarşı silah tətbiq edilib. Bundan sonra sərhəd naryadı sürünün çobanının öz atının ya­nında yerdə uzanmasını müşahidə edib, ona yaxınlaşdığı zaman isə həmin şəxsin baş nahiyəsində sıyrılmış yaranın olması aşkarlanıb. Dərhal çobana ilkin tibbi yardım gös­tə­rilib və yaxınlıqdakı tibb müəssisəsinə təxliyəsi təşkil olunub. Ha­zırda səhhəti qənaətbəxşdir. Onun Gür­cüs­tan vətəndaşı 26 yaşlı Ramin Bəşirov olduğu müəyyənləş­dirilib. Xələf Xələfov belə hadisələrin sərhəd xidmətləri arasında aparılan danışıqlarla həll olunduğunu deyib.

Xələf Xələfov Xarici İşlər nazirinin müavini: Belə insdentlər olur. o təxribat xarakterli deyil. ola bilsin ki, səhfdən, müəyən hadisələrlə əlaqədar. belə məsələlər sərhəd xidmətləri arasında aparılan danışıqlarla həll olur. Bu dövlətlərarası səviyyədə müzakirə olunan məsələ deyil.