• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1701
— 12.12.2019 15:42

Fransız boksu üzrə zona birinciliyi

KepezTV Player

Tovuz Olimpiya İdman Kompleksinin ev sahibliyi etdiyi zona yarışında yerli idmançılarla yanaşı, qonşu rayonların Ağstafa, Şəmkir və Goranboy təmsilçiləri də qüvvəsini sınayıb. Yarış gənclər, yeniyetmələr və uşaqlar arasında təşkil olunub. Ümumilikdə 21 çəki dərəcəsində 60 döyüşçü medallar uğrunda mübarizə aparıb.

Gələcəkdə Tovuzda savat döyüş növü üzrə Azərbaycan çempionatının, eləcə də Respublika səviyyəli bir sıra böyük turnirlərin keçirilməsi nəzərdə tutulub.

Savat döyüş ölkəmizdə yayılan yeni idman növlərindən olmasına baxmayaraq olduqca populyardı. Əksər şəhər və rayonlarda savatın məşq bölmələri fəaliyyət göstərir. Bu növ 2023-cü III Avropa Oyunlarının və 2024-cü il Paris Yay Olimpiya Oyunlarının proqramında da yer almağa namizədlərdəndir.

Zona birinciliyində əsas rəqabət iştirakçı sayı çox olan 36, 40 və 44 kq çəki dərəcəsində gedib. Yarışın nəticələrinə gəldikdə, əldə olunan medalların sayına və əyarına görə Tovuz komanda hesabında birinci olub.