• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1688
— 12.12.2019 15:33

Məsuliyyətsiz direktorlar barəsində ciddi addımlar atılacaq"

KepezTV Player

"Bu gün təhsil sahəsində bizi narahat edən əsas məsələlər təhsil ictimaiyyəti ilə müzakirə olunur. Bu müzakirələrin içərisində şagirdlərin dərsə davamiyyəti də diqqətçəkən aktual məsələlərdəndir". Bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

"Bu dərs ilindən etibarən Təhsil Nazirliyi tərəfindən elektron şagird yerdəyişməsi sistemi fəaliyyətə başlayıb və həmin sistemdə bu gün oxuduğu məktəbdən asılı olmayaraq başqa məktəbə keçid edən şagird haqqında məlumatı görürük", - deyən Məhəbbət Vəliyeva vurğulayıb ki, şagirdlərin dərsə davamiyyəti məsələsinin xüsusi nəzarətə götürülməsi barədə yerli təhsil idarəetmə orqanlarına, təhsil şöbələrinin müdirlərinə, o cümlədən məktəb rəhbərlərinə ciddi tapşırıq verilib. Nazir müavini əlavə edib ki, Təhsil Nazirliyi şagirdlərin dərsə davamiyyəti zəif olan məktəblərdə məsuliyyətsiz direktorlar və təhsil şöbələrinin müdirləri barədə ciddi addımlar atacaq.