• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 768
— 12.12.2019 15:32

Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib

KepezTV Player

Qərb bölgəsinin rayonlarında da ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb. Ulu öndərin xalqa və dövlətə xidmətlərindən danışılıb.

Şəmkirdə keçirilən mərasimdə rayon ictimaiyyəti dahi şəxsiyyət Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb. Dünya şöhrətli siyasətçinin əbədiyaşar xatirəsinə sonsuz ehtiram ifadə olunub. Heydər Əliyevin Şəmkirə etdiyi səfərlər, ziyalılar və zəhmətkeşlərlə görüşlərini xoş xatirə olaraq dilə gətirilib. Ulu öndərin təşəbbbüsü ilə inşa olunan Şəmkir və Yenikənd Su Elektrik Stansiyalarının ölkənin enerji təchizatında oynadığı mühüm rola toxunulub. Dahi şəxsiyyətin siyasi kursunun davamçısı ölkə prezidenti İlham Əliyevin də Şəmkirə şəxsi qayğısından danışılıb. İstifadəyə verilən sosial təyinatlı obyektlərin rayon iqtisadiyyatı üçün rolu vurğulanıb.

Heydər Əliyev Samux ictimaiyyəti tərəfindən də anılıb. Ulu öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiram nümayiş olunub. Minlərlə rayon sakini dahi şəxsiyyətə sevgisi ifadə etmək üçün rayon mərkəzindəki Heydər Əliyev parkına üz tutub. Rayonun inkişafı istiqamətində ümummilli liderin misilsiz xidmətləri xoş xatirə olaraq yada salınıb. Heydər Əliyevin rəhbərliyi altında Samuxda aqrar sektorda inkişafa nail olunub, yeni emal və istehsal müəssisələri yaradılıb. Tədbirin davamı olaraq məktəblilərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib. Şagirdlər ulu öndərlə bağlı xəyallarını fırça üzərində canlandırıblar.

Göygöldə də ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilib. Dahi şəxsiyyətin abidəsi önündə izdiham müşahidə olunub. İctimaiyyət nümayəndələri abidəsi önünə tər-çiçəklər düzüblər. Göygöl rayonunun sosial iqtisadi həyatında Heydər Əliyev və ölkə prezidenti İlham Əliyevin müstəsna xidmətləri xatırlanıb. Rayonda şərabçılığın inkişafı və həyata keçirilən sosial layihələr məhz ulu öndərin uzaqgörən siyasəti nəticəsində reallaşıb. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Heydər Əliyev müqəddəs amal uğrunda ən çətin maneələri, problemləri mərdliklə həll edib millət fədaisi kimi daim böyük ehtiramla xatırlanır.  

Natiq Hüseyn