• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1332
— 12.12.2019 10:20

Los Anceles 2019: Volkswagen ID. Space Vizzion

Los Ancelesdə keçirilən avtosalonda Volkswagen şirkəti konseptual ID. Space Vizzion universalını nümayiş etdirib. Eelktrik universalı dolu batareya ilə 600 km qət etmək iqtidarındadır. Modelin seriya variantı 2021-ci ildə işıq üzü görəcəkdir.

Ön paneldə ID.3 modelində olduğu kimi rəqəmsal cihazlar panelinin kiçik ekranı, mərkəzi konsolda isə 15,6-düymlük planşet yerləşir. Düymələrdən imtina edilməsi bütün funksiyaların idarə edilməsinin bu ekranda cəmləndiyinə işarə edir.

Universalın baqaj bölümü isə qeyri-adi üslubda tərtib edilib - burada skeytlərin bərkidilməsi üçün maqnitdən bərkitmə nöqtələri quraşdırılıb. Bu elementlərin seriya modelinə köçürüləcəyini gözləmək gərək deyil.

Konsept ID ailəsinin digər üzvü olan ID.3 hetçbeki kimi MEB platformasında inşa edilib. Güc qurğusunun tərkibinə bir neçə elektromotor daxildir. Elektromotorların ümumi hasilatı 340 at qüvvəsi təşkil edir. Onların qidalanmasına 82 kVs-lıq batareya cavabdehdir. Universal 100 km/saat həddinə 5,4 saniyəyə sürətlənir və dolu batareya ilə 590 km (WLTP) qət edə bilər.