• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1716
— 12.12.2019 12:30

Ulu öndərin məzarı ziyarət edilib

KepezTV Player

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 16-cı ildönümü münasibətilə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəliblər.Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş Nazir Əli Əsədov, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və digər rəsmi şəxslər iştirak ediblər. Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.