• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1557
— 12.12.2019 11:29

Ümummilli lider Heydər Əliyevin vəfatından 16 il ötür

KepezTV Player

Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin cismani yoxluğundan 16 il ötür. Onun həyat yolu, Vətəni və xalqı qarşısında misilsiz xidmətləri bu gün dönə-dönə xatırlanır, yaddaşlar təzələnir. Azərbaycanın ən yeni tarixi, qazandığı uğurlar Heydər Əliyevin adı ilə bağlıdır. Onun 1969-cu ildən başlayan və 30 ildən artıq davam edən rəhbərliyi dövründə Azərbaycan misilsiz inkişaf yolu keçib. Həmin illər Azərbaycan tarixinin Heydər Əliyev dövrü kimi qiymətləndirilir. İqtisadi-siyasi, hərbi, mədəni cəhətdən demək olar ki, bütün problemlərin həllində Ulu Öndərin birmənalı şəkildə rolu olub. Dahi şəxsiyyətin Azərbaycan üçün etdiyi ən mühüm məsələlərdən biri məhz Azərbaycan vətəndaşına dövlət və dövlətçiliyin nədən ibarət olduğunu çatdırmaq idi. Heç kimin inana bilməyəcəyi beynəlxalq miqyaslı layihələrin məhz Azərbaycan üzərindən həyata keçirilə biləcəyini dünyaya sübut edən Heydər Əliyev, həmçinin Dağlıq Qarabağ münaqişəsi kimi böyük problemlərin yarandığı bir dövrdə müharibəni dayandırdı, Azərbaycanın müxtəlif feodallıqlara parçalanma təhlükəsini aradan qaldırdı. Ulu Öndərin düşünülmüş, uzaqgörən siyasəti iqtisadi müstəvidə dividentlər gətirdi, Azərbaycanı beynəlxalq miqyasda tanıtdı.Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 16 il ötməsinə baxmayaraq ulu öndərin qoyduğu özül müasir Azərbaycanın parlaq uğurlarının təməl daşıdır.