• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 913
— 11.12.2019 16:29

Gəncədə Heydər Əliyev və gənclər siyasəti mövzusunda görüş olub

KepezTV Player

Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə gənclər mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc dünyanın nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Ölkəmizdə gənclərlə iş sahəsində mühüm tədbirlərin gerçəkləşdirilməsi ulu öndərin adı ilə bağlıdır.  Gəncə şəhər Gənclər evində keçirilən görüşdə məhz bu siayətlə bağlı yeni dövrün gənclərinə məlumat verilib. Heydər Əliyevlə bağlı film nümayiş olunub.

Müşfiq Cəfərov - Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi: Ulu öndərin istiqamət verdiyi siyasət bu gün Gəncədə gənclər işinin çox düzgün şəkildə həyata keçirilməsinə imkan yaradır. Mən gənclər evini nümunə gətirmək istəyirəm. Ilk gənclər evindəndir ki, bu gün də gənclər üçün xidmətlər həyata keçirir. Bu onun Gəncəyə göstərdiyi diqqət və qayğı idi. Bu qayğını biz bu gün hiss edirik. Cənab Prezident bu siyasəti çox uğurla davam etdirir