• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3305
— 17.10.2019 23:41

16 yaşında qız hamilə qaldı

KepezTV Player

Şəkidə yetkinlik yaşına çatmayan qızda hamiləlik aşkarlanıb. Fakt Şəki rayonunun Suçma kəndində müəyyən edilib. Belə ki, Şəki rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 16 yaşlı Nurcahan Qasımova gətirilib. Xəstəxanada müayinə zamanı qızın 5 aylıq hamilə olduğu müəyyənləşdirilib və bu barədə Şəki şəhər Polis Şöbəsinə məlumat verilib. Nurcahan Qasımovanın Şəki rayonunun Suçma kənd sakini, 22 yaşlı Bilal Babayevlə ailəli olduğu, lakin qız yetkinlik yaşına çatmadığı üçün nikahsız yaşadığı müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.