• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1043
— 17.10.2019 16:36

Goranboyda İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

KepezTV Player

Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Goranboy rayon Mədəniyyət Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib. Nəsimi humanizminin ümumbəşəri əhəmiyyətindən danışılan tədbirdə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsinin dahi şairin həyat və yaradıcılığına dair yeni tədqiqatlar aparılmasına şərait yaratdığı vurğulanıb. Şairin Azərbaycan ədəbiyyatında ana dilində yaranan fəlsəfi şeirin əsasını qoyduğu, XV əsrdən etibarən bütün türk ədəbiyyatına təsir göstərdiyini, əsərlərinin əlyazma şəklində geniş yayılaraq, dünyanın bir sıra mötəbər kitabxanalarında saxlanıldığı diqqətə çatdıırlıb. Qüdrətli söz ustadının Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucaldığı və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirdiyi vurğulanıb. Ədəbi- bədii çıxışlarla davam edən tədbirdə musiqili proqram təqdim olunub, Nəsiminin şeirləri və sözlərinə yazılan mahnılar səslənib.

Natiq Hüseyn