• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3164
— 16.10.2019 22:04

Sahələrdə bol məhsul var

KepezTV Player

Bu il Azərbaycanın 25 rayonunda ümumilikdə 7 min 345 hektar sahədə şəkər çuğunduru əkilib. Əkin sahəsinin 370 ha-sı Samux rayonunun payına düşüb. Hazırda şəkər çuğundurunun yığımı davam edir və fermerlər qəbul məntəqələrinə rayon üzrə 2 min tondan artıq məhsul təhfil veriblər.

Ferqai Yusifov - fermer: Samux rayonun Hacıalı kəndində yaşayıram. Rayona çuğundur gələndən mən də şəkər çuğunduru əkirəm. Bu il hazırda 2 ha əkmişəm, onun da 70 sotundan məhsul yığmışam. Qalan məhsulu da yığacam. Məhsuldarlıqda yaxşıdı.

Samuxda bu il şəkər çuğunduru əkən 75 torpaq mülkiyyətçisi məhsulu becərmə, suvarma və yemləmə işlərini tam aqrotexniki qaydalara uyğun həyata keçirib. Bunun nəticəsi olaraq rayonda məhsuldarlıq yüksək olub.

Samux rayonunda şəkər çuğunduru əkən fermerlər 40-45 ton məhsul götürürlər. Bu da ötən ilə baxanda 10 faiz çoxdu.

Məmməd Məmmədov - İmişli Şəkər Zavodunun ofis aqronomu: Məhsulmuz yaxşıdı. Hər bir fermer hər hektardan 2 min manata yaxın vəsait götürə bilir. Bütün aqrotexniki işlər şirkət tərəfindən qarşılanıb. Hektara 100 manat alaq pulu verilib. Fermerin toxumu, gübrəsi bütün işlər ödənilib. Gələcəkdə 500-600 ha Samux rayonunda şəkər çuğundurunun əkinini nəzərdə tutmuşuq.

Şəkər çuğunduruna edilən düzgün qulluq hektardan 80 tona yaxın məhsul götürmək imkanı verir. Bu il məhsul əkən fermerlərə dövlət tərfindən yeni təstiq olunan qaydada subsidiya veriləcək.

Rahil Həsənov - Samux DAİM-in direktoru: Şəkər çuğundu əkən hər bir vətəndaşa 1 hektar üçün 280 manat əkin subsidiyası veriləcək. Emal müəsisələrinə təhvil vermiş hər ton şəkər çuğunduruna görədə 4 manat məhsul subsidiyası veriləcəkdi. Nəzərə alsaq ki, bu il hektardan 40 ton məhsul alınır. Bu artıq 170 manatdı. 280 manatda əkin subsidiyasıdır. Deməli 440 manatdan artıq 1 hektara vətəndaş subsidiya ala biləcək.

50 hektardan artıq ərazidə məhsul yığımı yekunlaşıb. İmişli Şəkər Zavodunun qəbul məntəqəsinə təhvil verilən şəkər çuğunduru noyabırın əvəlinə sahələrdən tam yığılacaq.

 

Elnur Vahidoğlu