• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1248
— 16.10.2019 19:18

Çürük ağac qadınların üstünə aşdı

KepezTV Player

Bakının Yasamal rayonunda ağacın budaqları qırılaraq dayanacaqda gözləyənlərin üstünə düşüb. Hadisə Hüseyn Cavid prospektində, metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında baş verib. Xəsarət alanlar - 67 yaşlı Sərvinaz Məmmədova, 39 yaşlı Leyla Abbasova və daha bir nəfər qadın dərhal 1 saylı Xəstəxanaya yerləşdirilib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, hər 3 qadın ilkin tibbi yardımdan sonra evə buraxılıb.