• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 801
— 16.10.2019 16:19

Gəncədəki intellektual oyunda 130-dan artıq gənc bilik və bacarığını sınaqdan keçirib

KepezTV Player

Gəncədə Gənclər və İdman Baş İdarəsi və Gənclər Evi-nin birgə təşkilatçılığı ilə “18 Oktyabr – Dövlət Müstəqillik Günü”nə həsr olunan “Nə? Harda? Nə zaman?” intellektual oyunu üzrə şəhər turniri keçirilib. 32 komandanın iştirak etdiyi yarışmada hər komanda 6 nəfərdən ibarət tərkiblə qalib adı uğrunda mübarizə aparıb. 130-dan artıq gənc öz zehni gücünü sınayıb. Gənclərin intellektual bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə mütəmadi olaraq keçirilən oyunda qalib komandalara kubok və diplomlar təqdim olunub.