• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1190
— 15.10.2019 12:20

"Niva" yandı

KepezTV Player

Kürdəmirin Pirli kəndində avtomobil yanıb. 46 yaşlı Uğur Kərimov "Niva" markalı avtomobillə yaşadığı kənd istiqamətində hərəkətdə olarkən maşında yanğın başlayıb. Sürücü dərhal avtomobili yolun kənarına sürərək onu tərk edib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Yanğından Mühafizə İdarəsinin iki yanğınsöndürən maşını və 12 şəxsi heyəti cəlb olunub və yanğın söndürülüb. Nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb. Fakt araşdırılır.