• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 915
— 15.10.2019 11:02

Microsoft sensorlu cihazlar üçün yeni əməliyyat sistemini təqdim etdi

Microsoft yeni Surface Neo planşeti ilə eyni vaxtda özünün Windows əməliyyat sisteminin (ƏS) yeni versiyasını təqdim edib. Yeni ƏS Windows 10X adını alıb. O, xüsusi olaraq Surface Neo kimi sensorlu cihazlar üçün hazırlanıb.

Yeni əməliyyat sistemində Microsoft istifadəçilərinin adət etdiyi "canlı plitələr" tətbiq edilməyib və Start menyusunun görünüşü asanlaşdırılıb. Windows 10X özünün Win32 əlavələrini işə sala bilər, buna görə də Windows 10X-da ofis paket proqramları ilə bağlı problemlər yaranmamalıdır.

Windows 10X sensor ekranlar üçün tam uyğunlaşdırılıb və gələcəkdə onunla yalnız yenilikçi Surface Neo-da deyil, həm də ASUS, Acer, Dell, HP və Lenovo kimi şirkətlərin digər qurğularında da qarşılamaq mümkün olacaq.