• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1327
— 14.10.2019 19:32

İsrafil Məmmədov-100

KepezTV Player

Yetişməkdə olan nəslin vətənpərvər ruhda böyüməsi, tarixinə bağlılığı, qəhrəmanlarını tanıması kimi məsələlər bu gün daha qabarıq şəkildə özünü biruzə verir. Müasir hərb tariximizlə yanaşı, Sovet Azərbaycanı üçün də canından keçən və igidliyi ilə tarix yazanların unudulmaması diqqət çəkən məqamdır. Azərbaycanın İlk Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun anadan olmasının 100 illiyi ilə əlaqədar məktəblilər qəhrəmanın ev muzeyi ilə tanış olublar.

Yetişməkdə olan nəslin vətənpərvər ruhda böyüməsi, tarixinə bağlılığı, qəhrəmanlarını tanıması kimi məsələlər bu gün daha qabarıq şəkildə özünü biruzə verir. Müasir hərb tariximizlə yanaşı, Sovet Azərbaycanı üçün də canından keçən və igidliyi ilə tarix yazanların unudulmaması diqqət çəkən məqamdır. Azərbaycanın İlk Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun anadan olmasının 100 illiyi ilə əlaqədar məktəblilər qəhrəmanın ev muzeyi ilə tanış olublar.
 

Füzuli Hüseynov - İsrafil Məmmədovun bacısı oğlu:1941-ci ildə mən anadan olnadan 10 gün sonra bu adam göstərdiyi şücaətə görə Sovet İttifaqı adına layiq görülüb. 1941-ci ilin iyun ayında müharibə başlayıb. Cəmi 3-4 ay ərzində ona Sovet İttifaqı adı verilib. Azərbaycanda, bizim ailədə Sovet İttifaqı adının nə olduğu bilinmirdi.

Azərbaycanın da faşizmə qarşı mübarizədə iştirak edən minlərlə igidlərindən olan İsrafil Məmmədov onların arasında birinci olub. Ölkə və xalq adına ilk sovet ittifaqı qəhrəmanı kimi. Döyüşlərdə göstərdiyi sücaət, vətən sevgisi, qələbə çalmaq naminə doğma diyarının varlığı uğrunda mübarizə aparıb. Qəhrəmanlığı ilə Lenin ordeni, Qızıl Ulduz medalına da layiq görülüb İsrafil Məmmədov.

Füzuli Hüseynov - İsrafil Məmmədovun bacısı oğlu: Təbii idi ki, qürur hissi duyuram ki, 22 yaşında Sovet İttifaqı Qəhrəmanı olub. O, 27 yaşında dünyasını dəyişib. Bu arada nəinki, bizim ailədə bütün Azərbaycan, SSRİ, onunla fəxr edirdi. Çünki əsil qəhrəmanlardan biri idi.

Vətənpərvərliyi ilə xarakterizə olunan Azərbaycanın ilk sovet qəhrəmanı həmin dövrün gəncləri üçün də torpağa bağlılıq alovu yandırmışdı. Onun qəhrəmanlığı həmin dövrdə olduğu kimi indi də yetişməkdə olan nəsil üçün nümunə sayılır.

Yusif Məmmədov - Gəncə Şəhər Veteranlar Təşkilatının sədri: İsrafil Məmmədovun da gəncliyi, vətənpərvərliyi Gəncədə Kamsomaol Təşkilatlarında işləməsi, onun fəaliyyəti öndə gedirdi. Görək o vaxtı 1941-ci ildə Alman faşistlərinə qarşı İrafil Məmmədov kimi bir oğlu var idimiki çıxsın. Deməkdə məqsədim odu ki, Moskvanın qalmasında İsrafil Məmmədovun böyük rolu var, o danılmazdı.

Gəncənin orta məktəblərinin şagirdlərinin anadan olmasınını 100 illiyi ilə bağlı İsrafil Məmmədov qəhrəmanlığı ilə tanışlığı da əbəs deyil. Tarixiləşən yaddaşın gələcəyin mübarizləri üçün aşılanması vətən ruhlu ordunun formalaşmasına xidmət edir. Qəhrəmanın ev muzeyini ziyarətə gələnələr İsrafil Məmmədovun şəxsi və döyüş əşyaları ilə tanış olmaqla, burada saxlanan eksponatlar barədə daha yaxından məlumatlandıqca daha dolğun məlumata yiyələnirdilər. Bu səslənən şerlərdə, oxunan mahnılarda da özünü biruzə verirdi.

Gülər Ələsgərova - şagird: O ilk Sovet İttifaqı qəhrəmanıdı. Onun başçılıq etdiyi kiçik bir dəstə düşmənlərin hücumun qarşısını almışdı. O 70-dən çox düşmən öldürüb.

Zəminə İmanova - vaildeyn: Çox sevinirik ki, uşaqlarımız milli qəhrəmanlarımızın əşyalarını görüb tanıyır. Uşaqlar daha çox vətənə bağlı olurlar.

Aygün Rzayeva - müəllim: İsrafil Məmmədov Sovet İttifaqı qəhrəmanıdır. Uşaqlarda vətənpərvərlik ruhunun inkişaf etdirlməsində böyük rolu var.Ona görədə daimi biz muzeylərdə oluruq.

Ziyarətçilər tətəfindən səslənən yekdil fikir o oldu ki, vətənə, torpağa bağlı oğulların bu gün də cəbhədə düşmənə sipər olması erməni faşizmi üzərində qələbə gününü yaxınlaşdırır.