• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1012
— 14.10.2019 19:43

Amerikada Cordan, Gəncədə Rizvan

KepezTV Player

Gəncədə basketbolun adı çəkiləndə ilk yada düşən Rizvan Səfərov olur. Bu da səbəbsiz deyil. Bu idman növünün Nizami yurdunda inkişafında onun xidmətləri əvəzsizdir.

Rizvan Səfərov hələ gəncliyinin erkən illərindən, daha dəqiq desək, 1998-ci ildən məşqçiliyə başlayaraq bu sahədə ilk addımlarını atıb. Özünü ən yaxşı tərəfdən göstərməsi onun tezliklə çalışdığı idman məktəbində basketbol bölməsinin baş məşqçi vəzifəsinə yüksəldib. 2001-ci ildən həm də şəhər yığma komandasında eyni vəzifəni daşıyır.

Təbii ki, hər bir idman növünün özünəməxsus çətinlikləri və digərlərindən fərqləndirən üstünlükləri var.

Əməkdar məşqçinin ayrı-ayrı yaş qrupları üzrə rəhbərlik etdiyi komandalar müxtəlif səviyyəli respublika və beynəlxalq turnirlərdə layiqincə iştirak edərək mükafatçılar sırasında yer alıb. Əldə etdiyi nailiyyətlər onun əməkdar məşqçi adını alması ilə nəticələnib.

Rizvan Səfərovun əlindən tutub top çiləməyi, səbətə atmağı öyrətdiyi yetirmələri arasında Amil Həmzəyevin də adı var. O, Həmzəyev ki, legioner həyatı yaşayıb, mütamadi olaraq milli komandaya dəvət alır, ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil edir.

Müsahibənin sonunda mütəxəssis valideynlərə çağırış edib.

Rizvan Səfərovun başçılıq etdiyi komandaları yeni mövsümdə də ciddi sınaqlar gözləyir. Basketbolçular respublika səviyyəli turnirlərə səylə hazırlaşırlar.

Azad Rəfi