• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1325
— 14.10.2019 18:33

"Qarabağ Azərbaycandır!" bəyanatına ADAU-dan dəstək

KepezTV Player

Prezident İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı və MDB dövlət başçılarının Aşqabadda keçirilən görüşündə çıxışı ilə Ermənistanın iç üzünü bir daha ifşa etdi. Qarabağ münaqişəsi ilə əlaqədar yeni bir yanaşmanı ortaya qoyuldu. Bu fikirlər Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən "Qarabağ Azərbaycandır və nida işarəsi” adlı dəyirmi masada səsləndirilib. Dövlət başçısının bu bəyanatla Azərbaycanın qətiyyətli mövqeyini bir daha ortaya qoyduğuna və xalqın iradəsi, Azərbaycanın silahlı qüvvələrinin döyüş qabiliyyəti ilə torpaqların işğaldan azad ediləcəyinə diqqət çiəkilib. “Qarabağ Azərbaycandır!” çağırışının milli ruhu və iradəni yüksəltdiyi, yeni bir hərəkat yaratdiğı, Azərbaycanın diplomatik cəbhədə işğalçı Ermənistanı dalana dirədiyini nümayiş etdirdiyi vurğulanıb. Dövlət başçısının siyasəti nəticəsində torpaqlarımızın işğaldan azad olunacağı günü daha da yaxınlaşdırdığı önə çəkilib. “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı torpaqlarımıza xaincəsinə soxulan ermənilərə ən tutarlı cavabdır və bundan sonra nə baş verəcəyini onlar mütləq anlamalı və işğal etdikləri əraziləri dərhal tərk etməlidirlər.