• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1170
— 14.10.2019 12:35

Yollardan gələn bəla...

KepezTV Player

Tovuz şəhəri ərazisində "Jeep", "VAZ" markalı avtomobillərin və motosikletin iştirakı ilə zəncirvari qəza olub. Hadisə nəticəsində motosikletin sürücüsü, 35 yaşlı Babək Əliyev ağır xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb, lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Ağsu -Kürdəmir-İmişli yolunun 42 km-də Kürdəmirin Atakişili kəndindən keçən hissəsində də qəza qeydə alınıb. 35 yaşlı Nurlan Məmədovun sükanı arxasında olduğu Vaz 2107 markalı maşın idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq aşıb. Sürücü müxtəlif növ bədən xəsarəti ilə Kürdəmir RMX-na çatdırılıb.

Sumqayıtda yolu keçmək istəyən piyada, 16 yaşlı  Jalə Babayevanı avtomobil vurub. Vəziyyəti ağır olan qız Bakıdakı xəstəxanalardan birinə aparılıb.

Bakı-Qazax magistral yolunun Goranboyun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində Tofiq İsmayılov "VAZ 2107" markalı avtomobillə Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Onun avtomobili Hikmət Qurbanovun idarə etdiyi "VAZ 2107" markalı minik maşınına çırpılıb. Hər iki avtomobilə ziyan dəyib.

Bakıda, aeroport yolunda ağırtonnajlı yük avtomobili Mərdəkan istiqaməti ilə hərəkətdə olarkən sürücü idarəetməni itirərək əks yola çıxıb. Aşaraq yolu bağlayan “Shacman” markalı yük avtomobili yol infrastrukturuna  ziyan vurub. Əraziyə cəlb olunan yol patrul xidmətinin əməkdaşları mərkəzə gələn avtomobilləri Zığ istiqamətinə yönəldiblər.

Faktlarla bağlı araşdırmalar aparılır.