• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1161
— 12.10.2019 16:09

Azərbaycanın yeniyetmə şahmatçısı dünya çempionu olub

KepezTV Player

Azərbaycanın yeniyetmə şahmatçısı Aydın Süleymanlı dünya çempionu olub.Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən mundialda 14 yaşlıların yarışına ilk turlardan liderlik edən Süleymanlı sonuncu turda Qazaxıstan təmsilçisi Sultan Amanzol ilə üz-üzə gəlib. Rəqibini məğlub edən (1:0) Azərbaycan təmsilçisi yarışın qalibi olub. Şahmatçı 2017-ci ildə Rumıniyanın Mamaya şəhərində 12 yaşlı oğlanlar arasındakı Avropa çempionatında da qalib gəlib.