• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2039
— 12.10.2019 16:17

Gəncədə II Azərbaycan Xalq Mahnıları Festivalı keçirildi

KepezTV Player

“II Azərbaycan Xalq Mahnıları Festivalı”nın bu dəfəki konsert proqramı Gəncədə baş tutub. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində “Ozan” qədim musiqi alətləri, “Göygöl” Dövlət Mahnı və Rəqs ansambllarının ifasında Azərbaycan xalq mahnıları səslənib. Xalq artisti Şahnaz Haşımova və digər ifaçıların çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. II Azərbaycan Xalq Mahnıları Festivalı oktyabrın 13-dək davam edəcək və fərqli musiqi kollektivləri müxtəlif konsert salonlarında bir-birindən zəngin repertuarlarla çıxış edəcək.

Səadət Təhmirazqızı Əməkdar mədəniyyət işçisi:Nə gözəl ki, bu festivalın ikinci günü Gəncədə nəzərdə tutulub. Gəncə öz qədimliyini, sənətə olan sevgisini məhz bu günkü fəaliyyəti ilə ifadə etdi. Əlbəttə xalqımızın milli-mənəvi dəyərlərini qorumaq bizim hər birimizin mənəvi borcudur və biz borcu çalışacağıq ki, layiqincə yerinə yetirək.