• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1082
— 12.10.2019 16:14

Veteranlar medallarla təltif olunublar

KepezTV Player

Gəncənin əmək veteranları “General Səmədbəy Mehmandarov" və “General Həzi Aslanov" yubiley medallarına layiq görülüblər.  Bu münasibətlə keçirilən dəyirmi masada gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların dövlətimizə və xalqımıza sədaqət ruhunda yetişmələri istiqamətində ardıcıl və səmərəli fəaliyyətdən danışılıb. Qeyd olunub ki, 31 ildir faəliyyət göstərən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bir milyondan artıq üzvü var. Bunlardan 20 mini Gəncə şəhərindəndir. Ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən və bu gün də yüksək fəallığı ilə seçilən aparıcı ictimai qurumlardan biri olan təşkilatın gəncəli üzvlərindən 11 nəfəri İkinci Dünya Müharibəsi iştirakçısı, 160 nəfəri arxa cəbhədə mübarizə aparan, 296 nəfəri isə müharibədə həlak olanların dul arvadlarıdır. Həmçinin təşkilatda Gəncədən 465 nəfər Qarabağ müharibəsi əlili və 3570 nəfər müharibə veteranı, 3140 nəfər əmək veteranı qeydiyyatdadır. Tədbirin sonunda medalları veteranlara təqdim edilib.

Ələmdar Əlbəndov UTECA-nın professoru, əmək veteranı:Bundan sonrada çalışacam bir veteran kimi, bir müəllim kimi gənclərimizn siyasi cəhətdən vətənə sədaqətli böyüməsi üçün eləcədə ixtisaslı kadr hazırlığında aktiv fəaliyyətimi davam elətdirim.

Zəfər Abbasov GDU-nun dosenti, əmək veteranı:Müharibə veteranı, Milli ordu -100 medalından sonra üçüncü təltifimdir. Bütün təşkilatçılara və əməyimə verilən qiymətə görə dərin təşəkkürümü bildirirəm.

Yusif Məmmədov Gəncə Şəhər Veteranlar Təşkilatının sədri:Gənclərlə apardığı tərbiyəvi və vətənpərvər haqqında çıxışlarına görə biz Azərbaycan Respublikası Veteranları Təşkilatı tərəfindən medallarla təbrik edirik. Onların gördüyü işlər, gənclərə verdiyi tövsiyyələr bizim gələcəyimizdir.