• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2341
— 11.10.2019 19:17

Könüllülər küçə itlərinə sahib çıxırlar

KepezTV Player

Ötən gün Gəncədə sahibsiz itlərin yaratdığı təhlükə və heyvanlar üçün sığınacağın tikiləcəyi haqqında məlumat vermişdik. Mövzunun davamı olaraq apardığımız araşdırma zamanı məlum oldu ki, şəhərdə könüllülər tərəfindən belə bir məkan var. “Heyvan sevərlər dərnəyi” adı altında sahibsiz itlər üçün sığnacaq. Əməkdaşımız həmin sığnacaqda olub, itlərin ora cəlb edilməsi və saxlanması ilə maraqlanıb.

 Jalə Əliyeva - könüllü: Bir gün səhər-səhər gələnədə yolda it gördüm maşın vurmuşdu pis vəziyyətdə idi. Belə bir sığnacağın olduğunu bilirdim, ona görə də iti bura gətirdim. Çox sevinirəm ki, bura gətirilib, çünki itə çox yaxşı baxılır. Özüm də hər gün dərsdən sonra bura gəlirəm.

Gəncə Tibb Kollecinin əczaçılıq fakültəsində oxuyan Jalə Əliyeva “Heyvan sevərlər dərnəyinin” ən faəl könüllüsüdür. O, da digər 10 könüllü kimi tez-tez sahibsiz itlərin sığnacağına gələrək müxtəlif səbəblərdən zədə alan və küçədə qalan sahibsiz itlərə qulluq edirlər.

Gördüyünüz bu it 10 gün əvvəl sığınacağa gətirilib. İti yolda avtobus vurub. Bunu görən könüllülər iti sığnacağa gətirib. Sığınacağa gətirildikdən sonra itə “Lake” adı qoyulub. İngilis dilindən tərcümədə Şanslı deməkdi. Bura gəldikdə ayağını belə yerə basa bilməyən “Lake”nin vəziyyəti indi yaxşıdı. Vəziyyətinin yaxşı olması üçün it hələ müalicə olunur.

Bu sığnacaq artıq 4 aya yaxındır faəliyyət göstərir. Hələ kiçik bir ərazidə yaradılan sığnacaqda 10 sahibsiz itə qulluq olunur.

İsmayıl Qurbanov: sığnacağın rəhbəri: Bizim əsas məqsədimiz odur ki, insanların heyvanlara qarşı aqressiyası azalsın, onlara sevgi göstərsinlər. İtləri incitdiyimiz üçün onlarda bizi incitməyə çalışırlar. Ona görədə birinci növbədə itləri incitməməliyik. Heyvanlara mərhəmət etməliyik, sevgi göstərməliyik ki, onlardan qarşlıq görək. Bir itə çörək veririksə o it hara getsək arxamızca gələcək. Çünki ardıq o itlə dostlaşırıq. Biz ona daş atsaq birdə ordan keçəndə bizə hücum edəcək.

Az bir müddət olmasına baxmayaraq sığınacaqdan 5 it götürülərək sahibləndirilib. İtlərin vaxtlı-vaxtında peyvənd olunması da daim diqqətdə saxlanılır.

Aytən Quliyeva - könüllü: Biz burada itləri himayə edirik, yaralı itləri sağaltmağa çalışırıq. Onları klinkaya aparıb baytarlara göstəririk. Onları sağaldıb, sahibləndirməyə çalışırıq. Kim heyvan sevərdisə, kim heyvanlara dəstək, himayə olmaq istəyirsə bizə gəlib yardım eləsinlər.Yemək, dərman gətirə bilərlər, müalicəyə apara bilərlər. Əsasda sahiblənməyəinə kömək etmələrini istərdik.

Şəhərin Vaqif küçəsi 35 ünvanında yerləşir sahibsiz itlər üçün sığnacaq. Sığınacağa hər kəs xəsarət alan və küçədə qalan itləri gətirib təhvil verə bilər. Lakin ərazinin kiçik olması sığınacaq üçün çətinlik yaradan problemdir. Məqsədlərindən dönməyəcəyini rəhbər tutan gənclər ərazini genişləndirmək və ya daha böyük ərazidə sığınacaq yaratmaq barədə düşünürlər.