• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1774
— 11.10.2019 15:58

Dayıoğlu bibioğlunu ürəyindən bıçaqladı

KepezTV Player

Ağcabədi rayonunda qohumlar arasında bıçaqlanma olub. Rayon sakini, 31 yaşlı Ruslan Məhərrəmov bibisi oğlu, 20 yaşlı Əli Quliyev ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə R.Məhərrəmov üzərində gəzdirdiyi mətbəx bıçağı ilə Əli Quliyevi ürəyindən bıçaqlayıb. Gənc oğlan təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub, vəziyyəti ağırdır. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. Hadisəni törədən şəxs saxlanılıb.