• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1576
— 10.10.2019 20:19

Ana və övladları 35 yaşlı qadını döydülər

KepezTV Player

Goranboyun Əlirzalı kəndi ərazisində kənd sakini 35 yaşlı Sahilə Ələkbərova bir neçə gün əvvəl itmiş atlarının qonşusunun həyətində olduğunu görərək atları geri qaytarmaq istəyib. Həmin vaxt Ələkbərova ilə qonşusu Fürduz Dəmirova arasında mübahisə yaranıb. Dəmirova oğlu Ariz və qızı Fəridə ilə birlikdə Sahilə Ələkbərovanı döyərək küçəyə atıb. Yaralı ailə üzvləri tərəfindən xəstəxanaya yerləşdirilib. Qadına xəsarət yetirən 3 nəfər polisə çağırılıb. Goranboy rayon prokurorluğu hadisə ilə bağlı açıqlama verib. "Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Ələkbərovanın qonşuluqda yaşayan qadın və övladları tərəfindən döyülməsi, daha sonra guya ata bağlanaraq işgəncə verilməklə sürüdülməsi barədə yayılan məlumatlar həqiqətə uyğun olmadığından Goranboy rayon prokurorluğu tərəfindən təkzib edilir.  Prokurorluğun məlumatında qeyd olunur ki, Sahilə Ələkbərova özünə məxsus atın qonşunun həyətyanı sahəsində olduğunu görərək onu gətirmək istəyərkən qonşusu Firduz Dəmirova ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun oğlu Ariz Dəmirov tərəfindən döyülərək bədən xəsarətləri alıb. Faktla bağlı Goranboy rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə zəruri ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Ariz Dəmirov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Mərkəzi rayon xəstəxanasına yerləşdirilən Ələkbərovanın vəziyyəti kafidir. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.