• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1967
— 10.10.2019 20:36

Azarkeş və fanat, xəstəlik?

KepezTV Player

İndi hər hansı futbol komandasının və ya hansısa şou biznes ulduzunun fan klubunun olması ilə heç kimi təəccübləndirmək olmaz. Kimlərsə kimlərəsə azarkeşlik və ya pərəstiş edir və bunu heç kimə qadağan etmək də mümkün deyil.Bu hiss bəzən əndazəni aşır, ifrat dərəcəyə çatır ki, buna da fanatizm deyirlər. Belə xəstəliyə düçar olan şəxslər ailələrini, yaxınlarını, hətta öz həyatlarını belə unudur, yalnız pərəstiş obyektləri üçün yaşayırlar. Bu necə baş verir? Bunun cəmiyyət üçün nəticəsi necə ola bilər?

Dahi Volter öz əl yazmalarında qeyd edirdi ki, “Beyin, fanatizm qanqrenasına yoluxubsa, bu artıq sağalmaz bir xəstəlikdir”. Buna görə də ən yaxşısı heç bu xəstəliyə tutulmamaqdır. Cəmiyyətin fanatizmə qarşı immuniteti isə onun təhsil səviyyəsindən asılıdır. Araşdırmalar göstərir ki, üzvləri təhsilli olan cəmiyyətlərdə bu mərəz nadir hallarda peyda olur. Düşünməyə dəyər...