• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 822
— 10.10.2019 20:31

Yeni sığınacaq hücumların qarşısını alacaq

KepezTV Player

Bilirsiz yoldaş Zeynalov gecəmiz yox, gündüzümüz yox. Axı belə olmaz axı. Hələ utanıram çoxunu deyə bilmirəm. Hələ mən Teziki demirəm, Teziki.

"Yol əhvalatı"ndakı Tezikin məsələyə dəxli olmasa da Teziklərin varlığı, özü də sahibsiz şəkildə küçələri dolaşmasının yaratdığı təhlükə insanları qorxutmaya bilməz. Ələxsus da itlərin özünümadafiədə çətinlik çəkən uşaqlar və yaşlılara hücumu faciəvi sonluqla yekunlaşa bilər. Gündəlik olaraq bu cür təhlükə ilə şəhərin müxtəlif ərazilərində yaşayanlar kimi 15 minə yaxın əhalisi olan Sadılı qəsəbəsinin sakinləri də qarşılaşır. Səhər və havanın qaranlıq saatlarında küçəyə çıxmaq, hətta övladlarını tək məktəbə göndərməyə ehtiyat edənlər də var.

Əli Məmmədov sakin: İtlər həqiqətən çoxalıbdı. Səhər işə gedəndə, uşaqlar məktəbə gedəndə qorxu yaradır. Qız nəvəm var, beşinci sinfə gedir. Gələndə deyir orda it var idi keçə bilmədim. İstərdim ki, bunları götürüb tədbir görsünlər.

Ələsgər Abbasov sakin: Bu sahibsiz itlər gedib-gələni gecələr incidir. Gecə gedənlər narazılıq edir ki, bizi yeyir. Onun haqqında tədbir görərdilər.

Böyük narahatlığa səbəb olan mənzərə isə müsbətə doğru dəyişməkdənsə günbəgün 4ayaqlıların sayının artması ilə müşahidə edilir. Hətta vəziyyət o həddə çatıb ki, insanlar mütəmadi olaraq hərəkət etdiyi yolu dəyişirlər.

Bura Sadılı qəsəbəsində yaşayış yeri olmayan bir yerdi. Gördüyünüz kimi sahibsiz itlərdə məhz bu əraziyə yığılır. Sakinlərin sözlərinə görə sahibsiz itlər gecə bu ərazidən çıxaraq sakinlərə hücüm edir.

Bura Sadılı qəsəbəsində sakinlərin ən çox gediş-gəliş etdiyi yoldu. Gördüyünüz kimi sahibsiz itlərdə məhz bu yola yığılır. Buda sakinlərin gediş-gəlişində çətinliklər yaradır.

Saidə Ağayeva sakin:Bu itlərin əlindən gedib gələ bilmirik. Uşaqlar məktəbə gedə bilmirlər. Zərər verirlər, üstümüzə hücum çəkirlər.

Lena Allahverdiyeva sakin:Gecə səhərə kimi burada boğuşurlar, hücüm edirlər. Həqiqətən elədir. Gecələr bütün aynaların qabağına yığılırlar. Səs-küy narahat edirlər, yata bilmirik.

Hər kəs üçün real olan təhlükə bəzilərinin sağlamlığı bahasına başa gəlib. Bunu həkimə artan müraciətlər bir daha təsdiqləyir. Əgər ötən il ayda 50-60 nəfər itdişləmə diaqnozu ilə  Gəncə şəhər Zədələnmə Məntəqəsinə müraciət edirdisə son vaxtlar bu ayda 120-ə çatıb. Hər bir xəsarət alana quduzluq əlehinə peyvənd vurulub.

Mirqalim Seyidov Zədələnmə Məntəqəsinin şöbə müdiri: İt dişləmə Gəncə şəhəri üzrə 9 ay ərzində 650 çox insanı dişləyib. İt dişləmə quduzluq yarada bilər. Quduzluq xəstəliyi olmasın deyə it dişləmə ilə bağlı müraciət edən insanlara gəldiyi, üçüncü və yeddinci günü praflaktik məqsədi ilə vaknisasiya olunur.

Narahatlığa ciddi əsasın olduğu məsələ ilə bağlı mübarizə isə demək olar ki, getmir. Çünki qanunvericilik itlərin vurulmasını qadağan edir və buna görə cərimə tətbiqi var. İndiki dövr üçün isə yeganə həll yolu itlərin sığınacağa yerləşdirilməsidir. Lakin ölkənin bütün regionlarında belə məntəqələrin olmaması təhlükəni reallığa çevirir. Lakin Gəncədə deyəsən problemin həllinə çalışılır.

Elşad Əsgərov Gəncə şəhər MKTİB-nin rəis müavini: Şəhərin kənarında bizim paliqon deyilən yer var. Orada bizə 1 ha yaxın yer ayrılıb. Tədricən oralar hasara götürülür. Sahibsiz itlər yerində tutulur, orada zərərsizləşdirilir, baxılır. Bu işlərdə maliyyə məsələləridir. Bu işlərdə tədricən yoluna qoyulur. Yaxın gələcəkdə bu məsələlər aradan qaldırılacdı.

Yaxın gələcəyin nə vaxt gələcəyi dəqiq bilinməsə də sevindirici olanı ilk addımın atılmasıdır. Qalır o vaxtadək itlərdən qorunmaq və qorxu hissini heyvana biruzə verməmək. Lakin uşaqlar üçün bu deyimin keçərli olmaması vəziyyətin davam edəcəyinə işarədir.