• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1422
— 10.10.2019 20:19

"Əzizim əzizdir, tərbiyəsi ondan da əziz"

KepezTV Player

Kimsə deyir ki, “sakit durmasan xoxan gəlib səni aparacaq”, bir başqası deyir “indi səni qulaqlarından divara mıxlayacam”, digəri isə daim müqayisə aparır  və “sən fərsizsən, heç nə bacarmırsan, filankəsin uşağı gör nə yaxşıdır” – kimi ifadələrlə öz övladını psixoloji təzyiqə məruz qoyur. Yəqin anladınız ki, bunlar bizim dırnağarası tərbiyə metodlarımızdır. Bunlar nə dərəcədə düzgündür? Uşağı necə tərbiyə etmək, hansı metoddan istifadə etmək daha yaxşıdır?

Çoxlarına yaxşı tanış olan "qorxutma" metodu öz populyarlığını əfsuslar olsun ki, bu gün əksər ailələrdə qoruyur. Valideynlər bəzi hallarda uşağı ələ almaq üçün sözügedən dırnaqarası üsula müraciət edirlər ki, bu da gələcəkdə yerini daha böyük qorxulara, bir sıra psixoloji pozuntulara verir.

Taciyə Mehdisoy psixoloq: Qorxudulan vasitələr əslində mücərəd şeylərdir. Dediyimiz "xoxanı" biz realda ona göstərə bilməyəcəyik. Və ya hansısa bir insanın obrazında göstərəcəyik. Bu vaxt biz eyni zamanda iki səhv etmiş oluruq. Mücərrəd olanı real kimi göstərib, şağı yalanla tanış edirik və tanımadığımız insan haqqında onda mənfi fikirlər formalaşdırmağına kömək oluruq.

Valideynlərin tərbiyə işində yol verdiyi digər səhv isə,

Yusif Axundov  ziyalı: Nanotexnologiya meydana gələndən sonra uşaqları telefona, kompyuterə meyilləndirməkdir. Uşaqların tərbiyəsi ilə məşğul olmaq, onlara dərslikdən əlavə vəsait almaq yerinə kompyuter, telefon alınır. Bunlar da lazımdır. Amma uşaq günün böyük bir hissəsi ona meyillənəndən sonra onun tərbiyəsində müəyyən ləngimələr özünün göstərir. Bəzən saatlarla məşğul olur və səhhətində belə müəyyən problemlər yaranır.

"Xalxın uşağı" sindromu isə ümumiyyətlə, qəbul olunmazdır. Tənqid edilən, başqalarıyla müqayisə olunan övlad birmənalı olaraq, özünə inamsız şəxsiyyət kimi formalaşır.

Taciyə Mehdisoy psixoloq: Ən gözəl tərbiyə üsulu sözlədir. Biz onunla uşağın şəxsiyyətini qoruyurub eyni zamanda, nəticə əldə edirik. Uşaq tərbiyənin nə olduğunu eşitməməli, eyni zamanda görməlidir. Sözlə eşidilən şey əgər ona tərbiyə verən insanın şəxsi nümunəsində üst-üstə düşmürsə, uşaq tərbiyə olunduğunun fərqinə varmır. Müqayisə, tənbeh, tənqid olunmaq, döyülmək bunalr hamısı uşağı validyenindən uzaqlaşdırır.

Psixoloqun sözlərinə görə, uşaqlar toxunsallıqla müəyyən qədər tərbiyə oluna bilərlər. Lakin bu önəçəkilən, xüsusi, təqdirəlayiq tərbiyə üsulu deyil. Bəzi valideynlər tərbiyədə rast gəlinən nöqsan zamanı tədris müəssisəsini təqsirli saysalar də, bunun özü də doğru yanaşma hesab olunmur.

Yusif Axundov  ziyalı:Uşaq məktəbdə cəmi 6 saat olur, 18 saat isə valideynlə vaxt keçirir. Tərbiyənin müəyyən hissəsi məktəbdə götürülür. Mən şəxsən məktəbdə işlədiyim dövrdə şagirdlər mənim ən səmimi, ən yaxın dostum idi, münasibətlərimiz çox yaxşı olub. Əmi kimi, dayı kimi, müəllim kimi onlar məndən məsləhət alırdılar. Məncə müəllimlər nə olursa-olsun şagirdləri danlamalı, vurmalı yox, onlarla dost olmalıdırlar.

“Qızın döyməyən dizin döyər” - belə bir atalar misalı var. Amma təbii ki, bunu birbaşa anlamaq lazım deyil. Çünki minillik tarixə malik, zəngin mədəniyyət daşıcısı olan  xalqın müdrikləri belə bəsit  düşünə bilməzdilər. Burda söhbət uşağın tərbiyəsi ilə ciddi məşğul olmağın önəmindən gedir. Başqa sözlə, başqa misalla desək – “Əzizim əzizdir, tərbiyəsi ondan da əzizdir”. Yəni əziz övladlarımıza yalnız istədiklərini yox, həm də faydalısını verməliyik.