• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2222
— 10.10.2019 13:57

ADAU-nun professor müəllim heyəti Şəmkirdə məktəblilərlə görüşüb

KepezTV Player

“Azərbaycan Dövlət Aqrar Universitetini tanıdaq” layihəsi çərçivəsində növbəti görüş Şəmkir rayonunda reallaşıb. Rayonun aqrar sektorda, xüsusilə də istixanalar üzrə ixtisaslaşdığı nəzərə alınaraq reallaşan tədbirdə yeni yaradılan fermer təsərrrüfatlarının ixtisaslı kadr təminatı məsələsi gündəmdə olub. İqtisadiyyatın əsasını və əhalinin məşğulluğunu  kənd təsərrüfatı təşkil edən Şəmkirdən tələbə olanların sayının artdığı və bunun bölgənin aqronom və baytarlara olan tələbatının ödənilməsində rolu vurğulanıb. Rayonda istixana komplekslərinin yaradılması və üzüm bağlarının salınması bu sahəyə marağı daha da artırıb. Əsasən yuxarı sinif şagirdlərinin qatıldığı görüşdə ali məktəbin maddi-texniki bazasının yaxşılaşdırılması, elmin praktikliyinin artırılması istiqamətində görülən işlər, sosial təminatla bağlı həyata keçirilən layihələrdən danışılıb. Dövlət tərəfindən yaradılan hərtəfli imkanlar isə tələbata uyğun milli kadr hazırlığı üçün müsbət zəmin yaradıb.

Telman Musayev ADAU-nun məsul katibi: Görülən işlər dövlətimizin diqqət mərkəzindədir. Bu islahatların həyata keçirilməsi üçün aqrar mütəxəssislər yetişməlidir. Bu mütəxəssislərin yetişməsi üçün də rayonlardan bizə Aqrar Universtetə tələbələr gəlməlidir və bizim universtetdə öz təhsillərini davam etdirməlidirlər. Ən əsasıda bir kamil mütəxəssis kimi bizim təsərrüfatlarda işləməlidirlər.

Natiq Hüseyn