• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1585
— 10.10.2019 13:54

Goranboylu gənclər orduya qələbə əzmi ilə yola düşüb

KepezTV Player

Goranboydan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınıb. Ordu quruculuğu prosesində uğurla davam etdirilən islahatlara, Silahlı Qüvvələrin dünyanın ən güclü 50 ordusu sırasında yer aldığına diqqət çəkilən mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin rəisi, polkovnik-leytenant Abidin Rüstəmov gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində həyata keçirilən işlərin müsbət nəticələr verdiyini vurğuıayıb. Gənclərin hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yollandıqlarına diqqət çəkilib. Azərbaycan ordusuna inam və güvən ifadə edilən tədbirdə işğal altında olan torpaqların azad ediləcəyi günün uzaqda olamdığı vurğulanıb. Əsgərlərin nümunəvi çıxışları və bədii hissə ilə davam edən mərasim çağırışçıların üçrəngli bayrağa ehtiramından sonra hərbi hissələrə yola salınası ilə yekunlaşıb.

Səməd Səmədzadə çağırışçı: Ali təhsilliyəm cənab prezidentin sərəncamı həqiqi hərbi xidmətə çağırılmışam və bununla fəxr edirəm. Calışacam ki dövlətimə vətənimə prezentimə layiqli əsgər olum.

Abduləzim Ələsgərov valideyn: Öz övladımı hərbi xidmətə yola salıram. Arzu edirəm getsin hərbi xidmətə atası kimi layiqli övlad oslun. Mənim özüm ikinci qrup Qarabağ əliliyəm. Allah bütün əsgərlərimizi qorusun. Vətənin uğrunda layiqli övlad olsunlar.

Natiq Hüseyn