• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1747
— 09.10.2019 19:04

Xarici dillərə tələbat niyə artır?

KepezTV Player

Müasir dövrdə xarici dil biliklərinə təlabat hər zamankından daha çoxdur. Bir zamanlar Azərbaycan Sovetlərin tərkibində olduğu üçün bu gün ana dilimizlə yanaşı, Rus dilindən istifadəyə üstünlük veririk. Bununla yanaşı, tarix və zamanla baş verən yeniliklər İngilis dilini də aktual edib. Dünyəvi dil adlandırılan ingilis dilinə marağın artdığı biz zamanda onu niyə öyrənməliyik və əvəzində nə əldə edəcəyik sualına qarşıdakı sujetdə cavab veriləcək.

Bu gün ingilis dili orta məktəblərdə 1-ci sinifdən ta ali məktəbə qədər tədris edilir. Bu heç də səbəbsiz deyil. Bir insan birdən çox dil bildiyində onun üçün dünyaya açılan pəncərə də birdən çox olur. Bu isə müqayisə edilməyəcək qədər zəngin bir həyat deməkdir. İndiki dövrdə də dünyaya açılan pəncərə ingilis dilini öyrənməkdən keçir.

Seymur Tağıyev - Xarici Dil müəllimi: əslində xarici dil öyrənmək bugünün məsləsi deyil əvvəldə mövzüda olan trend idi...

Xarici dillərin öyrənilməsi hər zaman dünyaya inteqrasiya baxımından vacib olub. Bu uğurlu karyera qurmaq, səyahət etmək, xaricdə təhsil baxımından indi daha da aktuallığını saxlayır.

Azər Nəcəfov - tələbə: Turizm sektorunda olduqum üçün xarici dili öyrənmək mənim üçün zəruri hala çevrilib…

Seymur Tağıyev - Xarici Dil müəllimi: əksər Gənclər xüsusə xarici dili xaricdə təhsil almaq üçün öyrənir.

Kanadalı alimlər sınaqdan keçirmiş və sübut etmişlər ki, birdən çox dil bilən insanlarda yaddaş zəifləməsi bir neçə il daha gec baş verir. Bu, neyron şəbəkələrinin inkişafı sayəsindədir. Belə olan halda beyin daha yaxşı qorunmuş olur ki, bu da intellektual bacarıqların və yaddaş zəifləməsinin nəzəri cəhətdən mümkün azalmasını aradan qaldırır. Biz bir dildən başqa dilə keçəndə beynimiz çətin bir iş görmüş olur. Çətin iş isə beyin üçün faydalıdır. Əlbəttə ki, beyin nə qədər gənc olarsa, öyrənməyə və dəyişməyə daha çox qadir olar. Buna görə də insan öyrənməyə nə qədər tez başlasa beyin üçün bir o qədər faydalı olar.

Bütün böyük sənətkarlar əslində həmişə eyni sualları qoyurlar; lakin hərə öz dövrünün dilində. Bizim dövrümüzün tələbatına çevrilən dili isə əsasən İngilis dilidir.