• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1535
— 09.10.2019 19:19

Qripə qarşı tədbirlər görülür

KepezTV Player

Payız-qış mövsümündə respublikada qrip və kəskin respirator virus xəstəliklərinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə Səhiyyə Nazirliyinin imzaladığı əmrə uyğun olaraq regionlarda da hazırlıq işləri aparılır. Əhalinin sağlamlıq vəziyyətinin qorunması, infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədi ilə Göygöl Mərkəzi Rayon Xəstəxanasıda xüsusi palata ayrılıb, müalicədə istifadə olunan dərman preparatlarının ehtiyatı yaradılıb. Mərkəzi Rayon Xəstəxanası ilə yanaşı, kənd sahə xəstəxanaları və tibb məntəqələrinin də tibbi təchizatı gücləndirilib. Qrip əlamətləri ilə son günlər mərkəzi rayon xəstəxanasına 2 nəfər müraciət edib.