• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3651
— 09.10.2019 20:03

Sağlam gənclik naminə, narkotikə YOX!

KepezTV Player

Müasir dövrdə cəmiyyət üçün olduqca ciddi və təhlükəli məsələlərdən biri də narkamoniyanın geniş vüsət almasıdır. Əvvəllər narkotikdən istifadə təhlükəsi bir neçə ölkə üçün aktual idisə, artıq demək olar ki, onun acı nəticələrini, hiss etməyən ölkə yoxdur.

Əfsuslar olsun ki, narkomaniya bəşər boyu mövcud olan, elə bu gün də baş ağrısına çevrilən qlobal məsələlərdəndir. Sözügedən problemə vaxtında diqqət yetirilməməsi hazırda onun yoluxucu xəstəlik kimi insanlar arasında yayılması ilə nəticələnib. Təsadüfi deyli ki, zərərli vərdişə bu gün gənclər və yeniyetmələr arasında daha sıx rast gəlinir.

Sara Babayeva - psixoloq: Ailədaxili münasibətlər normal olmadıqda, yeniyetmə və ya gənclərə sevgi ilə yanaşılmadıqda, uşağa nəzarət az və ya həddən artıq olduqda həmin uşaqlar narkomaniyaya meyl edir və cəlb olunurlar. Narkotikdən istifadə edənlərin sayı artıb, 10 il əvvəl bu qədər deyildir. 10 ildən sonra bundan da çox olacaq.

Narkotik maddədən bir dəfədən artıq istifadə asılılıq yaradır. Bu da nəinki psixologiya, insan fiziologiyasına da ciddi zərər vurur. Həkim əlamətləri açıqlayır.

Etibar Xəlilov - Narkoloji Dispanserin şöbə müdiri: İlk növbədə mərkəzi sinir sisteminə təsir edir. Baş beyində "kayf mərkəzi" deyilən yer yaranır. Həmin mərkəzin beynində sönməsi üçün uzun müddət vaxt lazım olur.

Cəmiyyət tərəfindən birmənalı olaraq qınanılan məsələnin uşaq yaş dövrlərinin ən çətin, vacib mərhələsini əhatə edən yeniyetmələrlə müzakirəsi olduqca vacibdir. Gəncə məktəblərində keçirilən “Sağlam gənclik naminə” adlı maarifləndirici tədbirlər də məhz bu problemin qarşısının alınmasına fokslanıb.

Aytac Bayramova - layihə rəhbəri: Layihənin keçirməkdə əsas məqsəd məktəblilər, yeniyetmələr arasında narkomaniyaya qarşı mübarizə məsləsinəd iqqqət çəkməkdir.

Silsilə tədbirlər Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, həmçinin Gənclər Evinin birgə təşkilatçılığı ilə reallaşır. Yuxarı sinif şagirdlərinə narkomaniyanın saçdığı təhlükələr, onun fiziki və psixi sağlamlığa mənfi təsiri, insan mənəviyyatını məhv etməsi barədə geniş məlumatlar verilir, video-çarx vasitəsilə praktik nümayiş etdirilib.

Vidadi Quliyev - məktəb direktoru: Natiqlərin çıxışlarının hər birində o qədər qiymətli, kəlamlı fikirlər var idi ki, tədbirdə iştirak edənlər bu haqda yenidən düşünməyə başladılar. Onlar bir daha əmin oldular ki, narkomaniya bir insanı yox, nəsli zəhərləyir.

Sonradan geri dönüşü olmayan vəziyyətlə üz-üzə qalmamaq üçün problemin həll yolu vaxtında axtarılmalıdır.

Bu cür maarifləndirici tədbirdə iştirak edə bilməyən, "ağ ölüm"lə bağlı daha az məlumatlı yeniyetmələr də diqqətdən kənar qalmamalıdır.

Sara Babayeva - psixoloq: Valideynlərlə övladlarına rasıdna qarşılıqlı anlaşma, ünsiyyət olmaldır. Onlar bir-birini dinləməlidirlər. Ən pis halda psixoloqa müraciət etməldirlər.

Narkomaniyanın faciəvi, qorxunc nəticələrindən danışarkən onun birbaşa insanlığı məhv etdiyi, insanı “canlı ölü”yə çevrdiyi həqiqəti unudulmamalı və bu haqda dolğun informasiyalar gec olmadan cəmiyyətin bütün üzvlərinin nəzərinə çatdırılmalıdır.