• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3590
— 09.10.2019 15:26

Qoyun gətirməyən gəlin döyüldü

KepezTV Player

Daşkəsəndə 19 yaşlı Ayşə Abdullayeva qayınatası və qayınanası tərəfindən döyülüb. Bədəninin bir çox hissəsinin əzildiyi bildirilən hamilə gəlin dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti orta-ağırdır. Zərərçəkənin yaxınlarının sözlərinə görə, onun gəlin gələndə qoyun gətirməməsi evdə mübahisəyə səbəb olub və sonradan davaya çevrilib. Hadisə ilə əlaqədar polisə məlumat verilib. Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.