• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3779
— 09.10.2019 15:58

Bağça binası təmir edilib

KepezTV Player

Samuxda daha bir bağça binası əsaslı təmirdən sonra istifadəyə verilib. Alabaşlı qəsəbəsindəki 2 saylı uşaq bağçası daxili imkanlar hesaabına yenidən qurulub. 20 yerlik bir qrupdan ibarət tərbiyyə müəssisəsində balacaların tərbiyyəsi, əyləncəsi, ilkin vərdişlərə yiyələnməsi və qidalanması üçün hər cür şərait yaradılıb. Bağçada yaradılan imkanlarla tanışlıq zamanı rayonda 18 körpələr evi uşaq bağçasında 800-ə yaxın uşağın təlim-tərbiyyəyə cəlb edildiyi vurğulanıb. Heydər Əliyev Fondu tərəfindən Samux şəhərində 2 yeni körpələr evi uşaq bağçası inşa edilərək istifadəyə verilib. Şəhər 4 saylı körəpələr evi uşaq bağçası, eləcə də Qarayeri qəsəbəsində və Əhmədbəyli kəndində mövcud olan tərbiyyə müəssisələrinin təmir edildiyi də diqqətə çatdırılıb. Sərkar kəndindəki bağçanın əsaslı təmiri istiqamətində iş aparılır.

Turanə İsgəndərova - Alabaşlı qəsəbə 2 saylı uşaq bağçasının müdiri: Bağçamız kiççik olsada biz burada uşaqların təlim tərbiyyəsi ilə məşğul oluruq. Bu gündə bağçamızın yenidən bərpa olunması bizə ruh yüksəkliyi verir. Biz əzmlə daha həvəslə çalışacağıq. İnanırma ki bizə göstərilən etimadı doğruldacağıq.

Müxəy Məmmədova - sakin: Burada hər bir şey yaratdılar. Gözəldir burada boya-başa çatan uşaqlar vətənpərvər olacaqlar.

Nübar Tağıyeva - valideyn: Mənim iki övladım bu bağçda tərbiyyə alıb. Birinci övladım artıq 2-ci sis nifəd oxuyur. O burada olan zaman şərait o qədərdə ürəkaçan deyildi. İndi isə çox gözəl təmir edilib. Gözəl şərait yaradılıb.