• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1077
— 09.10.2019 11:01

İki ekranla təchiz edilən “Microsoft Surface Duo” smartfonu təqdim edilib

Microsoft korporasiyası qatlanan iki ekranla təchiz edilən Surface Duo adlı yeni smartfon nümayiş etdirib. Açıq vəziyyətdə 8,3 düymlük planşetə çevrilən yeni qurğunun ekranının hər biri 5,6 düym diaqonallıdır. Smartfon mövcud formaya uyğunlaşan Android əməliyyat sisteminin idarəetməsilə işləyir. Tərəflərdən biri 360 dərəcə dönür ki, bu da istifadəçiyə müstəqil şəkildə rahat mövqe seçməyə imkan verir. Microsoft Surface Duo modeli birkristallı Snapdragon 855 sistemi ilə təchiz edilib. Qurğunun digər texniki xüsusiyyətləri barədə məlumat verilmir. Smartfonun 2020-ci ilin sonunda satışa çıxarılacağı gözlənilir.