• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1052
— 08.10.2019 12:22

Piyadanı vuran sürücü komaya düşdü

KepezTV Player

Qazax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. 56 yaşlı Cavanşir Əmiraslanov "Mercedes-Benz" markalı avtomobili idarə edərkən anidən özünü pis hiss edib və nəqliyyat vasitəsi idarəetmədən çıxaraq, öncə Qazax rayonuna yas mərasiminə gedən, Ağstafa rayon Qırlı kənd sakini, 44 yaşlı Gülşən Tağıyevanı vurub, daha sonra yol kənarındakı ağaca çırpılıb.Müxtəlif bədən xəsarətləri alan piyada və halı pisləşən sürücü xəstəxanaya yerləşdiriliblər.Piyadanın vəziyyətinin orta-ağır, sürücünün isə koma vəziyyətində olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.