• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 788
— 07.10.2019 18:44

Növbə mədəniyyəti...

KepezTV Player

Yəqin ki, hər birimiz bankomatlarda, mağazalarda növbə gözləyərkən, avtobuslara minərkən insanların heç bir sıraya məhəl qoymadan bir-birlərinin önünə keçməsinin və nəticədə yaranan qarma-qarışıqlığın dəfələrlə şahidi olmuşuq. Bəs əslində bu zaman insanlar necə davranmalıdır?

Sırada problem yaşanan vaxt sual yaranır ki, axı bu insanlar niyə belə edirlər? Məgər aqressiv olmaqdansa, daha təmkinli davranıb, növbədə dayanmağı məqbul hesab edə bilmərikmi?

Vəziyyətdən asılı olmayaraq, hər bir halda növbəni gözləmək və onun qaydalarına riayət etmək özü böyük bir mədəniyyətdir.