• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2034
— 07.10.2019 19:25

Sel sularının qarşısı alınır

KepezTV Player

Payız əkinlərinin kütləvi suvarılmasını vaxtında təmin etmək üçün Göygöl Suvarma Sistemləri İdarəsinin işçiləri arx və kanalların təmizlənməsinə başlayıblar. Eləcə də cari təmir işləri aparılır. Yağış sularının fəsad törətməməsi üçün çay məcraları da təmizlənir.
Habil Həsənzadə - Aşıqlı kənd sakini: Aşıqlı kəndində yaşayıram. 2 ha əkin yerim var. Arxlar, kanallar vaxtlı-vaxtında təmizlənilir. Bizdə suvarma vaxtları heç bir çətinlik olmur, problem yaşanmır”.

Bu payızda da Göygöldə torpaq mülkiyyətçilərinin suvarmada probem yaşamamsı üçün rayon Suvarma Sistemləri İdarəsi tərəfindən qabaqlayıcı tədbirlər görülür. Melioratorlar payız əkini üçün vaxtlı-vaxtında su təminatını həyata keçirmək üçün və su itkisinin qarşısını almaq məqsədilə işlər aparır. Tədbirlər planına uyğun olaraq 319 min kubmetr kanal təmizlənib, 133 min kub metr həcmində isə çay məcrasının təmizlənməsi aparılıb.

Göygöl rayonunda əkinə yararlı torpaq sahələrini suvarılan kanallardan biri də Ərəbli su kanalıdır. Uzunluğu 25 km olan bu kanal vastəsi ilə 925 ha torpaq sahəsi suvarılır. Göygöl Suvarma Sistemləri idarəsinin işçiləri tərəfindən kanalın 1 km-i lildən təmizlənilib.

Hazırda Aşıqlı su nasos stansiyası da əsaslı təmir olunur. Stansiyaya əlavə su ötürücü qurğu inşa edilir ki, işlər başa çatdıqdan sonra 300 ha əkinə yararlı torpaq sahəsini suvarmaq mümkün olacaq. İşlərin ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur.

Natiq Məmmədov - Göygöl Suvarma Sistemləri İdarəsinin baş mühəndisi: Hazırda kanallarımızda taxılın suvarılması, səmərli sudan istifadə etmək üçün müəyyən işlər görmüşük. Molla Osman kanalında təmir işləri gedib, Qızılca arxı , Nadel arxı da təmir edilib. Xan arxı adlanan arxımızın isə 1500 m beton hissəsi cari təmir edilib. Əsasən Gəncə çayında da lildən təmizləmə işləri tam görülüb.

Göygöl Suvarma Sistemləri İdarəsi rayonun əkinə yararlı 15 min 200 hektar torpaq sahəsini su ilə təmin edir. Əkin sahələrinin suvarılmasında 269 subartezian quyusundan, 10 su nasos stansiyasından və Şəmkir kanalından istifadə olunur. Nasos stansiyaları öz suyunu Gəncəçay, Kürəkçay və Qoşqarçaydan götürür.