• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 714
— 07.10.2019 19:16

Mənzillərə yeni su sayğacları quraşdırılır

KepezTV Player

Gəncədə yeni su xətti çəkilən 11 min 400 abonentin mənzilinə su sayğacı quraşdırılıb. Bu abonentlərdən də 10 minə yaxını artıq ağ sudan istifadə edir. Pulsuz olaraq quraşdırılan sayğaclar isə yerli istehsaldır.

Su xətti çəkilən abonentlərin mənzilinə sayğaclar mərhələli olaraq quraşdırılır. Birinci mərhələ çərivəsində şəhərdə 11 min 400 abonentin mənzilinə su sayğac quraşdırılıb ki, bu sayğaclardan da 4005-i mənzillər, 7395 isə həyət evləridir. Gəncə Cihaz Qayırma Zavodunun istehsalı olan mexaniki sayğacların quraşdırılması istehlakçılara göstərilən xidmətin keyfiyyətini artırmaq, ödəniş səviyyəsinin yüksəldilməsi və su itkisinin qarşısını alınmasına nail olmaqdır.

İlkin Həsənov - iş icraçısı: Avtozavod tərəfi bitirmişik, Gülüstan qəsəbəsini yekunşadırmışıq. Şəhərin mərkəzində sayğac quraşdırılma hazırda aktivləşib. Camaat yeni sudan istifadə edir. Yeni layihə davam etdikcə bizdə sayğacları quraşdırırıq. Sayğaclar abonentlər üçüm tam olaraq pulsuz quraşdırılır. Tez-tez cammatla görüşlərimiz olur. Camaata sayğacdan istifadə qaydasını izah edirik. Qışda donmağa da qarşı izalyasiya tədbirləri görürük. Hələki problemimiz yoxdu.

Mənzilinə yeni sayğac quraşdırılan abonent hər kub metr suya görə 30 qəpik pul ödəyir. Sayğacların quraşdırılması isə abonent üçün sərfəlidir.

Bəhmən Mirzəliyev - sakin: Ağsu da aztezian suyuda gəlir. Vəziyyətimiz yaxşıdı.Ayda 5-10 manat işlətdiyimiz suyun pulu ödəyirik.

Vahid Mirzəliyev - sakin: Gülüstan qəsəbəsində yaşayırıq. Ağ suyumuz daimi gəlir. Bizi də qane edir. Çox sağ olsunlar.

Hazırda Gəncədə 63 min abonent sudan istifadə edir. İlin sonuna kimi yeni su xətti çəkilən daha 1000 abonentin mənzilinə su sayğacları quraşdırılacaq.

 

Elnur Vahidoğlu